Xaçmazda DƏHŞƏT:  uşağı öldürüb atasını yaraladı
17 avqust 2024 09:35 (UTC +04:00)

Xaçmazda DƏHŞƏT: uşağı öldürüb atasını yaraladı

Avqustun 17-si gecə saat 2 radələrində Xaçmaz rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 34 yaşlı Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, mərhumun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Məlumata görə, qətlə yetirilən şəxs 15 yaşlı Cavidan Məmmədrəhimovdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903
avatar

Oxşar yazılar

Bakıda evə BASQIN:  qadınları yaralayıb oğurluq etdilər

Bakıda evə BASQIN: qadınları yaralayıb oğurluq etdilər

17 avqust 2024 , 11:23
Gəncədə kişi qadını dəhrə ilə vurdu

Gəncədə kişi qadını dəhrə ilə vurdu

17 avqust 2024 , 10:28
Ər-arvadı öldürüb meyitlərini yandırdı

Ər-arvadı öldürüb meyitlərini yandırdı

16 avqust 2024 , 18:04
Sabirabadda 34 yaşlı kişi BIÇAQLANDI

Sabirabadda 34 yaşlı kişi BIÇAQLANDI

16 avqust 2024 , 00:43
Göygəldə 18 yaşlı gənc qonşusunu QƏTLƏ YETİRDİ

Göygəldə 18 yaşlı gənc qonşusunu QƏTLƏ YETİRDİ

15 avqust 2024 , 22:41
Bir günə 3 qadını  ərləri öldürdü

Bir günə 3 qadını ərləri öldürdü

15 avqust 2024 , 18:04
Bakıya külli miqdarda narkotik gətirənlər tutuldu

Bakıya külli miqdarda narkotik gətirənlər tutuldu

15 avqust 2024 , 10:42
Bakıda qonşuların davası QANLA BİTDİ

Bakıda qonşuların davası QANLA BİTDİ

15 avqust 2024 , 10:16