Meymunçiçəyi ilə bağlı karantin olacaq? -  ÜST-dən açıqlama
17 avqust 2024 07:04 (UTC +04:00)

Meymunçiçəyi ilə bağlı karantin olacaq? - ÜST-dən açıqlama

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri ötən bazar günü Afrikada artan meymunçiçəyi epidemiyası ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edilib-edilməməsi ilə bağlı məsləhət vermək üçün ekspertlər komitəsi yaratmağı düşündüyünü açıqladı.

Lent.az xəbər verir ki, ötən ilin sentyabr ayından bəri Konqo Demokratik Respublikasında və digər Afrika ölkələrində virusun yeni aşkar edilmiş variantı səbəbilə yoluxma halları artıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreisus, BMT-nin səhiyyə agentliyinin, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin, yerli hökumətlərin və digər tərəfdaşların epidemiyaya qarşı cavab tədbirlərini gücləndirdiyini bildirib.

O həmçinin epidemiya səbəbilə fövqaladə vəziyyət elan edilib-edilməyəcəyi ilə bağlı suala cavab almaq üçün ona məsləhət verəcək fövqəladə komitə yaratmağı düşündüyünü deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729
avatar

Oxşar yazılar