Prezident onlara general-mayor rütbəsi verdi - SƏRƏNCAM
17 avqust 2024 11:44 (UTC +04:00)

Prezident onlara general-mayor rütbəsi verdi - SƏRƏNCAM

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif olunub.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, iki nəfər 3-cü dərəcəli “Rəşadət”, 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 9 nəfər “Vətən uğrunda”, 6 nəfər “İgidliyə görə”, 99 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Dövlət başçısının digər Sərəncamı ilə polkovnik Bəhmən Rza oğlu Babayevə, polkovnik Əyyub Vəli oğlu Məmmədova və polkovnik Nəsib Tahir oğlu Mirzəyevə “general-mayor” ali hərbi rütbəsi verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5229
avatar

Oxşar yazılar