Bakıda yeniyetmə qız ailəsi tərəfindən döyülüb.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata əsasən, şiddətə məruz qalan 16 yaşlı qız Nərimanov rayonunda yerləşən peşə məktəbində oxuyur. Bildirilir ki, valideynləri qızı gecə saatlarında döyərək evdən qovublar. Nəticədə o, küçədə gecələyib.
Məsələ ilə əlaqədar məktəb rəhbərliyi polisə məlumat verib. Zərərçəkən polisə müraciətində sığınacağa yerləşdirilməsini istəyib.
Hazırda araşdırma aparılır. Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi və Sosial Xidmətlər Agentliyi yeniyetmə ilə bağlı işə başlayıblar.