Bakı və Abşeronda bank kartlarından pul oğurlayanlar tutuldu
15 mart 2024 16:11 (UTC +04:00)

Bakı və Abşeronda bank kartlarından pul oğurlayanlar tutuldu

Bakı və Abşeronda bank kartlarından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə paytaxt sakini olan bir nəfərin bank kartından 1000 manatının oğurlanması barədə məlumat daxil olub.  Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Məmmədov müəyyən edilərək saxlanılıb.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin bank kartından 86 manatını oğurlamaqda şübhəli bilinən Rəhman Fətəliyev saxlanılıb.

Xırdalan şəhərində və Masazır qəsəbəsində müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından oğurluqla bağlı polisə məlumatlar daxil olub. Araşdırmalarla 3 bank kartından ümumilikdə 847 manatın oğurlanması müəyyən edilib.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Şəhriyar Allahverdiyev və bir yeniyetmə saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

# 2772
avatar

Oxşar yazılar