Güclü külək nə vaxt zəifləyəcək? - AÇIQLAMA
04 aprel 2024 10:18 (UTC +04:00)

Güclü külək nə vaxt zəifləyəcək? - AÇIQLAMA

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkə ərazisində müşahidə olunan güclü küləklə bağlı hazırki vəziyyəti şərh edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ölkə ərazisində güclü şimal-qərb küləyi davam edir. Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur, burada küləyin maksimal sürəti 30 m/s-dir.

Naftalanda küləyin sürəti 28 m/s, Goranboyda 23 m/s, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”.

Müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.

***

saat 09:20

"Güclü külək axşama doğru zəifləyəcək".

Lent.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkə ərazisində müşahidə olunan güclü küləklə bağlı məlumat verib.

“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 35 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”. 

G.Məmmədova küləyin axşama doğru zəifləyəcəyini bildirib.

# 6855
avatar

Fidan İlqar

Oxşar yazılar