Bakı aeroportunda  FASİLƏ:  işıqlar söndü
10 avqust 2022 15:55 (UTC +04:00)

Bakı aeroportunda FASİLƏ: işıqlar söndü

Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir.

AZAL-dan Lent.az-a verilən məlumata görə, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.

Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.

# 3282
avatar

Fidan İlqar

Oxşar yazılar