Azərbaycanlı gənc yeniyetməni vurub öldürdü
12 sentyabr 2024 10:01 (UTC +04:00)

Azərbaycanlı gənc yeniyetməni vurub öldürdü

Rusiyanın Həştərxan vilayətində 18 yaşlı Azərbaycan vətəndaşı avtomobillə yeniyetməni vuraraq öldürüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, avtomobili idarə edən gənc piyada keçidində 15 yaşlı Axtubinsk sakinini vurub. Sonra isə hadisə yerini tərk edib.

Yeniyetmə xəstəxanaya aparılıb. Həkimlər həştərxanlının həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər. Uşaq aldığı xəsarətlərdən reanimasiyada dünyasını dəyişib.

18 yaşlı sürücü saxlanılıb və onun barəsində cinayət işi başlanıb. Regional İstintaq Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, hazırda həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190
avatar

Mehman Nəbiyev

Oxşar yazılar