Tanınmış mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Gülnarə Məmmədova koronavirus səbəbindən vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə G.Məmmədovanın yaxınları məlumat yayıblar.
Qeyd edək ki, G.Məmmədova Azərbaycanda ilk həkim-ginekoloq, USM mütəxəssisi olub. Belə ki, o, ilk dəfə 2005-ci ilin aprel ayında 4D (Real Time, Doppler) rejimli USM aparatı ilə müayinə edib.