Azərbaycanda evdə  PARTLAYIŞ:  ölən var...
22 oktyabr 2021 10:43 (UTC +04:00)

Azərbaycanda evdə PARTLAYIŞ: ölən var...

Şamaxıda evdə partlayış olub.

Şamaxı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, oktyabrın 2-də şəhər sakini MirDaşqın Babayev yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar baş vermiş partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5667
avatar

Mehman Nəbiyev

Oxşar yazılar