Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə ötən gün saat 13:20-də rayonun Aşağı Mollaməhərrəmli kəndi ərazisində qeydə alınıb. “Tavriya” markalı, nəqliyyat vasitəsinin sürücüsü, sağ ayağı amputasiya edildiyi üçün fiziki məhdudiyyəti olan kənd sakini, 67 yaşlı Tahirov Malik Mahmud oğlunun idarəetməni itirməsi səbəbindən avtomobil ağaca çırpılaraq aşıb. Qəza nəticəsində sürücü M.Tahirov hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.