Ağsu aşırımında  torpaq SÜRÜŞMƏSİ
20 may 2025 17:32 (UTC +04:00)

Ağsu aşırımında torpaq SÜRÜŞMƏSİ

Ağsu dolaylarında torpaq sürüşməsi davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4-li magistral yolların istismarı MMC-nin bas mühəndisi Həsən Məmmədli Lent.az-a bildirilib ki, son zamanlar yağıntının miqdarı cox olduğundan respublikanın bir sıra bölgələrində, eləcə də onların xidmət göstərdiyi M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 147-ci hissəsində sağ gediş hissəsində sürüşmə baş verib.

Sürüşmə baş vermiş əraziyə dərhal agentliyin qüvvələri cəlb olunub. Ərazidə nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə həmin ərazi müvafiq yol nişanları ilə çəpərlənib, sürət həddi aşağı endirib. Bundan sonra ərazidə təmir bərpa işləri aparılaraq beton sədlər qoyub və ərazidə hərəkət qismən bərpa edilib. Hazırda ərazidə geologiya işləri aparılır, ərazidə sürüşmənin səbəbləri araşdırılır.

Qeyd olunub ki, ərazidə təhlükəli hal yoxdur, yaxın vaxtlarda qrunt nümunələri təyin olunduqdan sonra asfaltlama işləri aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406

Oxşar yazılar