Ağac kəsən azərbaycanlı həbs olundu
31 iyul 2024 10:27 (UTC +04:00)

Ağac kəsən azərbaycanlı həbs olundu

Rusiyada ağac kəsən azərbaycanlıya hökm oxunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, toplanmış sübutlar Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 260-cı maddəsi (qanunsuz ağac kəsmə) ilə məhkəmə tərəfindən nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinən Azərbaycan Respublikası vətəndaşına qarşı ittiham hökmünün çıxarılması üçün kifayət hesab edilib.

İstintaq və məhkəmə müəyyən edib ki, 1997-ci il təvəllüdlü təqsirləndirilən şəxs 2023-cü il noyabrın 13-də Vladimir şəhəri Verxnyaya Dubrova küçəsində qanunsuz olaraq ladin ağacını kəsib. Yoldan keçən Vladimir sakini ona irad bildirib, bundan sonra təqsirləndirilən şəxs onu sağlamlığa ağır zərər vurmaqla bağlı hədələyib.

İstintaq zamanı onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2145
avatar

Mehman Nəbiyev

Oxşar yazılar