Abşeronda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhəri "Quşçuluq" yaşayış massivində baş verib.
70 yaşlı M. Əhmədov martın 3-də axşam saatlarında yaşadığı evdə sirkə turşusu içib. O, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin burada görülən tədbirlərə baxmayaraq, martın 4-də səhər saatlarında dünyasını dəyişib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.