Şəkidə meşədə yanğın olub.
Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, şəhərin Kiş kəndində, meşə ərazisində 0,5 ha sahədə kol-kos, ağac kötükləri və xəzəl yanıb. Meşə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri və Meşə Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən söndürülüb.