15 yaşlı oğlan dənizdə batdı
17 iyul 2021 17:08 (UTC +04:00)

15 yaşlı oğlan dənizdə batdı

Xaçmazda yeniyetmə oğlan suda batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Nabran kəndi yaxınlığında dənizdə ("Xaçmaz" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, qeyri-çimərlik ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, dənizdə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğludur. Hal-hazırda axtarış tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Mehman Nəbiyev

Oxşar yazılar