Qamət Süleymanovun 50 minlik iddiası üzrə növbəti məhkəmə prosesi
“Azadlıq” radiosu təkzib verməyə razı deyil
Bakı Apellyasiya Məhkəməsində “Nərimanov rayon dindarları” Dini İcmasının rəhbəri, “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun “Azadlıq” radiosunun redaksiyasına qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu barədə Lent.az-a Q.Süleymanovun hüquqi nümayəndəsi Rəşad Məmmədov məlumat verib.
O, Aygün Abdullayevanın sədrliyilə keçirilən prosesdə tərəflərin dinlənildiyini bildirib.
Q.Süleymanov “Azadlıq” radiosunun internet-saytında getmiş “Kimdir xəvariclər?” yazısının ona mənəvi ziyan vurduğunu iddia edərək, Yasamal rayon Məhkəməsinə müraciət edib. Belə ki, Q.Süleymanov həmin yazıda yer almış bir neçə məqamın “Əbu Bəkr” məscidinin maraqlarına toxunduğu qənaətindədir.
Q.Süleymanov radionun saytında təkzib məqaləsinin çap olunmasını, həmçinin 50 min manat ödənilməsini istəyib. Həmin məbləğ məscid üçün tələb olunmur. İddiaçı tərəf qarşı tərəfdən 50 min manat tutularaq uşaq bağçalarından birinə köçürülməsini istəyir.
Q.Süleymanovu məhkəmədə təmsil edən nümayəndə hüquqi xidmətlərə görə çəkilən xərclərin də “Azadlıq” radiosu tərəfindən ödənilməsini istəyir.
Yasamal rayon Məhkəməsi Q.Sülemanovun iddiasını qismən, təkzib verilməklə bağlı olan hissəsini təmin edib. “Azadlıq” radiosu məhkəmə qərarından apellyasiya şikayəti verib.
Proses mayın 21-də davam etdiriləcək.
Pərvin ABBASOV

Oxşar yazılar

"Azərbaycana gəlib yatırım qoymuşam" - Yarım milyardlıq MƏHKƏMƏ İŞİ
18 aprel 2025 , 12:48
Şagird çəkiclə müəllimin başına vurdu
18 aprel 2025 , 11:52
Qazinin polis postunda ürəyi getdi - VİDEO
18 aprel 2025 , 11:26
Xırdalanda ŞOK: 12 mərtəbəli binadan özünü atan yeniyetmə SAĞ QALDI
18 aprel 2025 , 11:24
Şabranda selin apardığı neftçi ilə bağlı YENİ FAKTLAR - Evinə gedirmiş...
18 aprel 2025 , 10:14
Qaynını güllələyən yeznə həbsdə öldü - ŞƏKİDƏ
18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı
18 aprel 2025 , 09:41