Generalın yerinə yeni komandan təyin olunacaq
01 may 2009 16:00 (UTC +04:00)

Generalın yerinə yeni komandan təyin olunacaq

Yaxın vaxtlarda qətlə yetirilən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin yerinə yeni komandan təyin olunacaq.

Lent.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bu gün keçirdiyi mətbuat konfransında deyib: “Biz inanırıq ki, istintaq cinayətin üstünü açacaq və cinayətkar müttəhim kürsüsündə əyləşəcək. Mətbuatda bir çox ehtimal səslənir. Lakin bunun hansının doğru olması istintaq zamanı müəyyənləşəcək. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları əvvəl necə idarə olunurdusa, bu gün də o cür idarə olunur. Heç bir narahatçılığa əsas yoxdur. Yaxın vaxtlarda Rail Rzayevin yerinə komandan təyin olunacaq”.

Şəhriyar Əlizadə
# 613

Oxşar yazılar