Terrorçu qohumunun evində kirayədə yaşayırmış
01 may 2009 13:30 (UTC +04:00)

Terrorçu qohumunun evində kirayədə yaşayırmış

Azərbaycan Dövlət Neft Akademiyasında silahlı terror aktı törədən Fərda Əsəd oölu Qədirovun Bakıda, Nizami rayonu, Çobanzadə küçəsi, ev 65, mənzil 35 ünvanında kirayədə yaşadığı mənzildə dünən axtarış aparılıb.


Lent.az-ın həmin ünvana gedən əməkdaşının məlumatına görə, mənzilin qapısına plomb vurulub. Plombun üzərində Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsi yazılıb.

Lent.az-ın əməkdaşının əldə etdiyi məlumata görə, sözügedən mənzil Gürcüstan vətəndaşı, azərbaycanlı Arif Kabulova məxsusdur. Fərda Qədirovla qohum olduğu bildirilən Kabulov mənzili ona kirayə verib. Ancaq özü də hərdən evə gəlirmiş. Arif Kabulov Gürcüstan-Azərbaycan xətti üzrə sərnişin avtobusunda sürücü köməkçisi işləyir. O, hazırda Azərbaycanda yoxdur. Kabulovun Gürcüstanda olduğu bildirilir.

Qonşuları Fərda Qədirovun bir neçə də gördüklərini deyiblər: “Tək yaşayırdı, yanına gedib-gələn yox idi. Sakit həyat sürürdü, kimsə onu tanımırdı”.
# 1038

Oxşar yazılar