Maşınını səkidə sürdü, TUTULDU - VİDEO
07 may 2024 10:30 (UTC +04:00)

Maşınını səkidə sürdü, TUTULDU - VİDEO

Avtomobilini səkidə idarə edən sürücü həbs edilib.

Bakı Şəhər DYP İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3345
avatar

Fidan İlqar

Oxşar yazılar