İnanılmaz kartof bliniləri - RESEPT
30 iyun 2025 14:29 (UTC +04:00)

İnanılmaz kartof bliniləri - RESEPT

Kulinariya aləmində dadı və ətri ilə seçilən çoxsaylı heyrətamiz yeməklər var. Onlardan biri də xam kartofdan hazırlanan kartof bliniləridir. Bu resept sadə hazırlanması və təbii inqrediyentləri ilə fərqlənir.

Lent.az bu resepti sizə təqdim edir:

Tərkibi:

300 ml süd,

3 yumurta,

120 qram un,

300 qram xam kartof,

yarım dəstə şüyüd,

2 diş sarımsaq,

2 xörək qaşığı günəbaxan yağı,

duz,

istiot zövqə görə.

Hazırlanması: Dərin qabda yumurtaları sındırırıq, süd əlavə edib bir az çırpırıq. Un əlavə edib yenidən qarışdırırıq. Xam kartofu xırda sürtkəcdən keçiririk, şüyüdü xırda doğrayırıq və qaba əlavə edirik. Ora sıxılmış sarımsaq, bir az günəbaxan yağı, istiot və duz əlavə edirik. Bütün inqrediyentləri qarışdırırıq və orta odda tavada yağ əlavə edib qızdırırıq. Adi blinilər kimi qızardırıq, istənilən içlik əlavə edə bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar