Şampununuza cəmi 3 damcı əlavə edin – Saçınız 7 gün təmiz qalacaq
30 iyun 2025 16:54 (UTC +04:00)

Şampununuza cəmi 3 damcı əlavə edin – Saçınız 7 gün təmiz qalacaq

Bu sadə üsul başınızı daha az yumağa imkan verir, vaxta qənaət edir və saçları möhkəmləndirərək sağlamlaşdırır.

Lent.az bununla bağlı məlumatları sizə təqdim edir:

Saçların uzun müddət təmiz qalması üçün nə etmək lazımdır?
Yay aylarında saçlar gün ərzində öz təravətini itirir. Trixoloqlar isə gündəlik baş yumağı tövsiyə etmirlər. Onlar saçların 7 günə qədər təmiz qalmasına kömək edən sadə və əlçatan bir lifehack təklif edirlər. Sirlər – güclü təmizləyici və təravətləndirici təsiri olan təbii komponentdədir. Bu, çay ağacı yağıdır. Sadəcə şampununuza 3 damcı çay ağacı yağı əlavə edin və saçlar 5–7 gün ərzində təzə qalacaq.

Çay ağacı yağı necə təsir göstərir?
Bu təbii vasitə baş dərisinə kompleks təsir edir:

Antiseptik təsir: Baş dərisindəki xoşagəlməz qoxuya və çirklənməyə səbəb olan bakteriyaları məhv edir.

Yağlılığı tənzimləyir: Dəridəki piy vəzilərinin fəaliyyətini normallaşdırır, artıq piyin ifrazını azaldır.

Sakitləşdirici təsir: Qaşınmanı və qıcıqlanmanı aradan qaldırır, kəpəklə mübarizədə kömək edir.

Sərinləşdirici effekt: Yay istisində təravət hissi verir.

Çay ağacı yağından necə düzgün istifadə etmək olar?
Hər zaman istifadə etdiyiniz qədər şampun götürün. İçinə 3 damcı çay ağacı yağı əlavə edin. Əlinizdə yaxşıca qarışdıraraq köpürün. Nəm saçlara tətbiq edin və baş dərisini 2–3 dəqiqə masaj edin. Sərin su ilə yuyun – bu, saç kutikulunu bağlamağa və onlara təbii parlaqlıq verməyə kömək edəcək.

Çay ağacı yağından istifadə zamanı nələrə diqqət etmək lazımdır?
Efir yağını seyreltmədən istifadə etməyin – bu, qıcıqlanmaya səbəb ola bilər. İlk istifadədən əvvəl allergiya testi edin: bir az şampun və yağ qarışığını biləyinizə sürtün. 15 dəqiqə ərzində qızartı və ya qaşınma olmazsa, təhlükəsiz şəkildə istifadə edə bilərsiniz. Yalnız təbii çay ağacı yağı seçin – tərkibində sintetik maddələr olan məhsullardan uzaq durun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar