Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 16:39 (UTC +04:00)

Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi

Rusiya prezidenti Vladimir Putinin korteji üçün “Arus” motosikletinin hazırlanmasında iştirak edən avtomobil konstruktoru mühəndisi intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə paytaxt Moskvanın Ostrovityanova küçəsində baş verib.

Arvad səs-küydən ayılıb və 60 yaşlı ərini ölü tapıb. Aldığı xəsarətlərin xarakteri onun intihar etdiyini göstərib. Avtomobil dizayneri intihar qeydi qoyub - bu qərarın səbəbi ciddi onkoloji xəstəlik olub.

Mərhum “Aurus” motosikletlərinin yaradılması layihəsinin iştirakçısı olub. Onlar ilk dəfə 9 may 2024-cü ildə Qırmızı Meydandakı Qələbə Paradında ictimaiyyətə nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar