Saatlı sakini əmisinə xəsarət yetirib.
Lent.az-ın məlumatına görə, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində qeydə alınıb. Kənd sakini 16 yaşlı A.S. əmisinə - 62 yaşlı Səttar Ağayevə şüşə ilə xəsarət yetirib.
S. Ağayev Şirvan xəstəxanasına yerləşdirilib.
Hadisənin su üstündə yaranan mübahisəyə görə baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.(APA)