Ana və körpəsini  öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 14:43 (UTC +04:00)

Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar

Almaniyanın Dorsten-Holsterhausen (Şimali Reyn-Vestfaliya) şəhərində meşə yolunda qadın və uşaq meyiti tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, polisin sözlərinə görə, meyitlərin üzərində zorakılıq əlamətləri olub.

Yerli qəzetin məlumatına görə, ölən ananın 25-35, uşağın isə iki-üç yaşı var. Həmçinin bildirilir ki, ananın meyitində kəllə-beyin xəsarətləri aşkarlanıb.

Qeyd olunub ki, üç gün əvvəl cəsədlərin tapıldığı yerdə quldurluq hadisəsi olub. 40 yaşlı qadın və bir yaşlı uşağı iki kişinin hücumuna məruz qalıb. 

Cinayətkarlar qadının əl çantasını qaçırmağa çalışıb, sonda onun sırğalarını oğurlayıb və BMW “X6” markalı avtomobillə qaçıblar. Polis hadisə ilə bağlı şahidləri axtarır və hazırda iki insident arasında əlaqəni araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar