157 milyonluq  saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna  kimlər gəldi?-VİDEO
30 iyun 2025 21:44 (UTC +04:00)

157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 17 yaşlı Adam Kadırovun 28 iyun tarixində baş tutan dəbdəbəli toy mərasimi Rusiya siyasi elitasının və beynəlxalq qonaqların diqqət mərkəzində olub.

Lent.az xəbər verir ki, bu barədə Ramzan Kadırov öz "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, toy mərasimində Rusiya Federasiyasının baş nazir müavinləri Denis Manturov və Aleksandr Novak, Putinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Yuri Çayka, LDPR partiyasının sədri Leonid Slutski, Moskva vilayətinin rəhbəri Andrey Vorobyov, Tatarıstan rəhbəri Rüstəm Minnixanov, "DXR rəhbəri" Denis Puşilin, Şimali Qafqaz respublikalarının başçıları, eləcə də İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri iştirak ediblər.

Toyda həmçinin dünya idman ulduzları, elm, mədəniyyət və din xadimlərinin də iştirak etdiyi bildirilib.

Rusiyanın “Kommersant” nəşri isə toyda bir detala, Adam Kadırovun taxdığı saata diqqət çəkib. Məlumata görə, o, dəyəri azı 157 milyon rubl olan Jacob & Co. markasına məxsus “Billionaire Ashoka” saatı taxıb.

Bu model dünyada çox məhdud sayda buraxılıb və brilyantlarla bəzədilib.

“Billionaire Ashoka” saatlarının 2015-ci ildə təqdim olunan ilk versiyası 260 brilyantla bəzədilib və qiyməti 18 milyon dollar təşkil edir. 2020-ci ildə yaradılan modeldə isə 325 brilyant mövcuddur və onun qiyməti 27,7 milyon dollar olaraq qiymətləndirilir. 2023-cü ildə isə Ashoka bu modellərdən cəmi 18 ədəd istehsal edib və onların minimal satış qiyməti 2 milyon dollar olub.

Toyda Adam Kadırovun həyat yoldaşı kimi Medni adlı bir qızın adı çəkilib. Ramzan Kadırov toy günü bildirib ki, oğlu Adamı Rusiya Prezidenti Vladimir Putin də təbrik edib.

Bu toy, təkcə iştirakçı siyahısı və protokol baxımından deyil, nümayiş etdirilən lüks və dəbdəbə baxımından da ölkə və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 808

Oxşar yazılar