Türkiyədə elçilik söhbətində polis əməkdaşı öldürülüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ankaranın Etimesqut qəsəbəsindəki parkda baş verib.
Polis əməkdaşı olan Furkan K. əmisi oğluna qız istəmə söhbəti üçün qarşı tərəfin qohumları ilə parkda görüşüblər. Bu zaman tərəflər arasında mübahisə yaşanıb. Mübahisə zamanı Furkan K. güllələnib.
Xəstəxanaya aparılan zərərçəkən orada ölüb.
Qız tərəfi isə hadisədən sonra ərazidən qaçıb. Polis axtarışlara başlayıb.