Şəmkirdə dəhşətli cinayətin üstü açılıb
27 dekabr 2010 12:35 (UTC +04:00)

Şəmkirdə dəhşətli cinayətin üstü açılıb

Noyabrın 17-də Şəmkirdə xüsusi amansızlıqla qətlə yetirilən 40 yaşlı Kifayət Nəbiyevanın qatilləri tapılıb. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayəti iki nəfər törədib. Bunlardan Sarıtəpə kənd sakini Ramiz Şirəliyev artıq tutulub. Yeni Göyçə kənd sakini Arzu Əliyevin tutulması istiqamətində isə zəruri işlər aparılır.


Qeyd edək ki, həmin şəxslər K.Nəbiyevanın evinə soyğunçuluq məqsədi ilə girib. Bu zaman qadın qışqırıb və cinayətkarlar onun boğazını kəsiblər. Daha sonra evdə olan 840 manat pulu götürərək qaçıblar.

Araşdırmalar zamanı onların başqa qanunsuz əməlləri də üzə çıxıb. Zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar