Ağsu aşırımında faciəli qəza
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ağsu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mahir Kərimovun APA-nın Şirvan bürosuna verdiyi məlumata görə, hadisə bu gün səhər saat 10:30 radələrində magistral yolun 156-cı kilometrliyində, Ağsu aşırımının ikinci dolayında qeydə alınıb. Mingəçevir şəhər sakini, 1986-cı il təvəllüdlü Yolçuyev Cavid Xalid oğlu 60-BJ-012 dövlət nömrə nişanlı “VAZ 21012” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq dərəyə yuvarlanıb. Hadisə nəticəsində sürücü Cavid Yolçuyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Maşında olan sərnişin, 1987-ci il təvəllüdlü Mustafayev Vüsal Noyabr oğlu isə hadisə yerində dünyasını dəyişib. Ağsu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Avtomobil, ölən sərnişin və yaralı sürücü dərədən çıxarılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

690