İqbal Ağazadənin qohumunun qatili Azərbaycana gətiriləcək
14 dekabr 2010 18:14 (UTC +04:00)

İqbal Ağazadənin qohumunun qatili Azərbaycana gətiriləcək

Millət vəkili İqbal Ağazadənin yaxın qohumunu öldürməkdə və bu qəbildən olan bir sıra cinayət əməlləri törətməkdə təqsirli bilinən Elbrus Xəlilov yaxın vaxtlarda Azərbaycana ekstradisiya olunacaq.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Lent.az-a verdiyi məlumata görə, 2004-2010-cu illərdə Sumqayıtda silsilə cinayətlər törətmiş şəxslərin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır: “Elbrus Xəlilovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasına verilməkdən imtina edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bununla əlaqədar bildiririk ki, qeyd edilən faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Elbrus Xəlilovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, eyni zamanda barəsində axtarış elan olunmaqla həbs qətim imkan tədbiri seçilməsinə dair qərar qəbul edilib. Keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Xəlilov Rusiya Federasiyasında tutulub və onun Azərbaycana ekstradisiyası ilə bağlı lazımi sənədlər bu ölkənin Baş Prokurorluğuna təqdim olunub. Hazırda Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən müvafiq araşdırmalar aparılmaqla təqsirləndirilən şəxs Elbrus Xəlilovun Azərbaycana ekstradisiya olunması istiqamətində zəruri tədbirlər davam etdirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar