Azərbaycan Rusiya gəmisinə görə milyon dollar istəyir – EKSKLÜZİV
Apellyasiya Məhkəməsi əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb
Bakı Apellyasiya Məhkəməsində Rusiyanın “Naviqator” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Lent.az-ın müxbiri xəbər verir ki, Xəzər Dəniz Neft Donanması “Naviqator”a qarşı iddia qaldırıb, birinci instansiya məhkəməsi iddianı təmin edib. QSC isə qərarla razılaşmayaraq, apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyilə keçirilən prosesdə “Naviqator” QSC-dən nümayəndə iştirak etməyib. Hakim bildirib ki, QSC-nin nümayəndəsinə dəvət göndərilib, hətta telefon zəngi də edilib. Beləliklə, proses QSC nümayəndəsinin iştirakı olmadan keçirilib.
Prosesdə iştirak edən Xəzər Dəniz Neft Donanmasının hüquqi nümayəndəsi “Naviqator” QSC-yə məxsus “Sarmat-1” yük gəmisi təhlükə ilə üzləşərkən Rusiyanın müvafiq qurumlarının Azərbaycan tərəfinə müraciət etdiyini bildirib. O, hadisənin təfsilatı barədə danışaraq Azərbaycan tərəfinin “Sarmat-1” gəmisi ilə bağlı xilasetmə işlərini həyata keçirməsi barədə məlumat verib. Rusiya tərəfi isə gəmiyə çəkilən xərcləri ödəmədiyindən “Sarmat-1”ə və onun içərisindəki yükə həbs qoyulub.
Onu da bildirək ki, gəmiyə və yükə həbs qoyulması barədə Azərbaycan mətbuatı hadisələr cərəyan edən vaxt xəbər vermişdi. Lakin Azərbaycan tərəfinin “Sarmat-1” gəmisinə görə nə qədər vəsait tələb etdiyi məlum deyildi. Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı bu rəqəm açıqlanıb. Belə ki, Xəzər Dəniz Neft Donanması məhkəmədən qarşı tərəfin hesabından 850 min avro (təxminən 1 milyon dollar) tutularaq onların hesabına köçürülməsini istəyib. 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi iddianı təmin edib.
Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Oğlunun bıçaqladığı kişi xəstəxanada öldü
27 avqust 2025 , 21:20
İki il əvvəl itkin düşən qız tapıldı: qətldə ittiham olunur
27 avqust 2025 , 19:59
Bilgəhdə meyit tapıldı
27 avqust 2025 , 19:33
Oğlu yataq xəstəsi olan anasını zorladı
27 avqust 2025 , 18:49
Ağdamda DƏHŞƏT: ata 2 yaşlı uşağını ölümcül döydü - YENİLƏNİB
27 avqust 2025 , 17:47
Koreyadan avtomobil gətirmək adı ilə evlənəcəyi qızı aldatdı – Maşın alverçisinin MƏHKƏMƏSİ
27 avqust 2025 , 17:07
İranlılarla əlbir olub Azərbaycana narkotik gətirdi -VİDEO
27 avqust 2025 , 17:01