Astara istiqamətində qatarların hərəkəti dayandırılıb
12 may 2010 10:00 (UTC +04:00)

Astara istiqamətində qatarların hərəkəti dayandırılıb

Azərbaycan Nəqliyyat Nazirliyi ölkənin təbii fəlakət bölgələrində fəaliyyətini davam etdirir.

Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, artıq bir neçə gün ərzində dəmir yolu xətti ilə sahilbərkitmə işləri və digər ehtiyaclar üçün 35 vaqon yük boşaldılıb və 60-a yaxın vaqon isə təyinatı üzrə göstəriş gözləyir. Sabirabad rayonunun bir neçə kəndini sel təhlükəsindən qorumaq üçün Bakı-Astara dəmir yolu xəttinin 51-52-ci km-də, Osmanlı-Azadkənd hissəsində dəmir yolu xəttinin altından yol açılıb və bu səbəbdən də Astara istiqamətində gedən qatarların hərəkəti dayandırılıb. Şirvandan İmişliyə gedən istiqamətdə isə yol açıqdır.

«Azəryolservis» ASC-nin xətti ilə 300-dən artıq yük maşını müvafiq yerlərə göndərilib, fəlakət zonasına yaxın olan rayonların yol-istismar idarələrinin texnikası və əməkdaşları selin nəticələrinin aradan qaldırılması və önləyici tədbirlər görülməsinə yönəldilib. Salyan-Sabirabad istiqamətində avtomobil yolunu su basdığına görə Padar istiqamətində alternativ olaraq 18 km-lik yol çəkilib.

Bundan başqa, sel və daşqınlar nəticəsində digər rayonlarda yaranan sürüşmələrlə bağlı Muğanlı-İsmayıllı, Ağsu dolayları, Quba-Xınalıq yolu və s. istiqamətlərdə də avtomobil yollarının bərpası işləri aparılır.

«Avtonəqliyyatservis» Departamentinin xətti ilə yaşayış məntəqələrindən köçürülmə zərurəti yaranan ərazilərdə insanların avtobuslarla təminatı məsələsi həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263

Oxşar yazılar