FHN Kür çayının Sabirabadda bəndi dağıtması ilə bağlı məlumat yayıb
11 may 2010 19:00 (UTC +04:00)

FHN Kür çayının Sabirabadda bəndi dağıtması ilə bağlı məlumat yayıb

Mürsəlli, Ulacalı, Şıxlar və Bulduq kəndlərinin bəzi əraziləri daşqın suları ilə dolub


Dünən gecə saatlarında Sabirabad rayonunun Mürsəlli kəndi yaxınlığında Kür çayı sahilində bəndin bir hissəsinin dağılması nəticəsində rayonun Mürsəlli, Ulacalı, Şıxlar və Bulduq kəndlərinin bəzi əraziləri daşqın suları ilə dolub.


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin və digər aidiyyəti qurumların gecə saatlarında hadisə rayonlarına cəlb edilmiş əlavə qüvvə və texnikasının köməkliyi ilə bəndbərkitmə işləri aparılıb, qeyd olunan kəndlərin sakinləri təxliyyə olunub.


Bu ərazilərdə bəndbərkitmə işləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar