Gölə dönmüş Sabirabaddan son xəbər
11 may 2010 18:15 (UTC +04:00)

Gölə dönmüş Sabirabaddan son xəbər

Sabirabad rayonunun Dadaşbəyli kəndi yaxınlığında dağılan su bəndi bərpa olunmaq üzrədir. Lent.azın əməkdaşı hadisə yerindən xəbər verir ki, mayın 7-də həmin bəndin uçması nəticəsində kəndin evləri hələ də tamamilə suyun altındadır.

Dadaşbəyli kəndində evlərin yalnız damları, işıq dirəkləri və ağacların yuxarı hissələri görünür. Ərazidəki su başqa düzən ərazilərə doğru axır.

Daşqının qarşısını almaq, bəndi möhkəmlətmək üçün qonşu rayon və kəndlərdən Sabirabada daş gətirilir. Ərazidə çoxlu sayda texnika işləyir.

Pərvin Abbasov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306

Oxşar yazılar