DİN: Yol polisini qətlə yetirən şəxs sərxoş olub
11 may 2010 17:00 (UTC +04:00)

DİN: Yol polisini qətlə yetirən şəxs sərxoş olub

Şəmkirdə baş verən qətllə bağlı rəsmi məlumat yayılıb

Mayın 11-də saat 02.45 radələrində DİN BDYPİ-nin Şəmkir rayonu ərazisindəki daimi postunda rayonun Seyidlər kənd sakini Elşən Kazımov tərəfindən idarə edilən "VAZ-2106" markalı avtomaşın nəzarət qaydasında saxlanılıb.


Lent.az DİN-in saytına istinadən xəbər verir ki, aparılmış araşdırmalar zamanı avtomaşının sənədsiz idarə edilməsi, habelə sürücünün sərxoş halda olması şübhə doğurduğundan E.Kazımov avtomaşından düşürdülüb. Onun sərxoşluq dərəcəsi müəyyən edilməsi üçün DİN BDYPİ YPX-nin əməkdaşı, polis serjantı Mehman Məmmədov tərəfindən xidməti "BMW" markalı avtomaşına oturdulub Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılarkən, Muxtariyyat kəndi ərazisində E.Kazımovla polis əməkdaşı arasında münaqişə baş verdiyindən avtomaşın saxlanılıb, bu zaman E.Kazımov düşərək qaçıb.


E.Kazımov polis əməkdaşı tərəfindən tutularkən daşla onu qətlə yetirib, hadisə yerindən xidməti avtomaşında qaçıb və Seyidlər kəndi yaxınlığında düşərək gedib.


Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Kazımov tutulub və onun orta dərəcəli sərxoş halda olması müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar