Göygöldə sel: Gəncə-Hacıkənd yolu bağlandı
11 may 2010 15:15 (UTC +04:00)

Göygöldə sel: Gəncə-Hacıkənd yolu bağlandı

Selə mayın 10-dan yağan yağışlar səbəb olub

Mayın 10-dan yağan yağış Göygöldə selə səbəb olub. Hazırda Aşıqlı kəndindən gələn sel Hacıkənd qəsəbəsinə də zərər vurub. Göygöl rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Turani Əliyevin Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, sel güclü olub. Gəncə-Hacıkənd yolu yararsız hala düşüb.

Hazırda selin vura biləcəyi fəsadlar araşdırılır. Yolun açılması üçün işlərə başalnılıb.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar