Sabirabadın 9 kəndinin əhalisi köçürülür
08 may 2010 16:30 (UTC +04:00)

Sabirabadın 9 kəndinin əhalisi köçürülür

Hazırda bu ərazilərdə Kürün səviyyəsi 9,18 metr təşkil edir

Kür çayının səviyyəsinin qalması ilə əlaqədar Sabirabad rayonunun Dadaşbəyli və Qaragüney və daha 7 kəndə kəndlərindən əhali tamamilə evakuasiya olunur. Hazırda rayon ərazisində ən çətin vəziyyət məhz bu kəndlərdə müşahidə olunur.


Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırov Lent.az-a bildirib ki, hazırda bu kəndlərin hamısında əhalinin çıxarılması üçün zəruri tədbirlər görülür. Onun sözlərinə görə, təbii fəlakət zonasında operativ qərargah yaradılıb. Hazırda çayın yardığı mühafizə bəndinin yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir.


Vəfadar Bağırov onu da qeyd edib ki, bu gün səhər saatlarında kür çayın suyun səviyyəsi dünənkinə nisbətən bir qədər azalıb. Onun sözlərinə görə, hazırda Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 9 metr 18 santimetrdir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325

Oxşar yazılar