Sabirabaddan Cəlilabada köç davam edir
08 may 2010 16:00 (UTC +04:00)

Sabirabaddan Cəlilabada köç davam edir

Bu gecə Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 12 santimetr düşüb.



Bununla belə, rayonda vəziyyət gərgin olaraq qalır. Rayon sakinlərinin Lent.az-a verdiyi məlumata görə, dünən axşamdan suyun altında qalan Tükəndi, Moranlı, Məmişlər və Köçərli kəndlərinin, habelə ətraf yaşayış məntəqələrinin əhalisi köçürülür. Subasma zonasının əhalisi ev əşyalarını yük avtomobillərinə yükləyərək, Cəlilabad istiqamətinə üz tutur.

Yerli sakinlərin bildirdiyinə görə, hazırda Məmişlər və Köçərli kəndlərində yalnız kişilər qalıb, qadınlar və uşaqlar, qocalar isə evləri tərk ediblər.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265

Oxşar yazılar