Bakıda dəhşətli qəza, 3 ölü
08 may 2010 15:00 (UTC +04:00)

Bakıda dəhşətli qəza, 3 ölü

Novxanıda “Mercedes” hasara çırpılıb

Bakıda üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.


Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə mayın 8-i saat 00:30 radələrində Novxanı bağlarında qeydə alınıb. Bakı şəhər sakini Raman İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomaşını hasara çırpıb.

Nəticədə sürücü və sərnişinlər - İlqar Abdalov və Rafael Qurbanov aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.

Digər sərnişin İlham Bağırzadə isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394

Oxşar yazılar