Qusarda torpaq sürüşməsi: 1 ev uçdu
07 may 2010 18:30 (UTC +04:00)

Qusarda torpaq sürüşməsi: 1 ev uçdu

Rayonun 7 kəndi ilə əlaqə kəsildi

Mayın 7-də Qusarın daha iki kəndində torpaq sürüşməsi baş verib. Sürüşmə rayonun Böyük Muruq və Əcəxur kəndlərində qeydə alınıb. Təbii fəlakət nəticəsində Əcəxur kəndində bir ev uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Kəndə gələn yol və su boruları sıradan çıxıb. Kənd bələdiyyəsinin sədri Ramazan Səlimxanov Lent.az-a bildirib ki, yolu öz imkanları hesabına bərpa etməyə çalışırlar.

Böyük Muruq kəndində isə sürüşmə nəticəsində Həzrə-Sudur yolu sıradan çıxıb. 7 kəndlə avtomobil əlaqəsi kəsilib. Sürüşmə təxminən 4-5 ha ərazini əhatə edir. 8 telefon dirəyi aşıb. Bundan əlavə, kəndin digər hissəsində də sürüşmə baş verib. Həmin ərazidə yerləşən yaşayış evində çatlar əmələ gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar