Hacıqabul qəzasında ölənlərin sayı 6-ya çatdı
07 may 2010 15:30 (UTC +04:00)

Hacıqabul qəzasında ölənlərin sayı 6-ya çatdı

Şirvan xəstəxanasında müalicə olunan yaralı bir gün sonra keçindi


Hacıqabulda mayın 6-da baş vermiş qəzada yaralananlardan biri mayın 7-də səhər saatlarında keçinib. Şirvan Şəhər xəstəxanasından Lent.az-a verilən məlumata görə, bu, Şirvan xəstəxanasında müalicə olunan 51 yaşlı Əlifağa İlyas oğlu Vəliyevdir.


Son ölümdən sonra Hacıqabul qəzasında ölənlərin sayı 6-ya çatdı. Daha 5 nəfər isə hadisə yerində keçinib.


Qəza mayın 6-da saat səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul rayon ərazisində baş vermişdi. Avtobusun yol kənarında saxlayan yük maşını ilə toqquşması nəticəsində hadisə yerində 5 nəfər ölmüş, 15 nəfər isə yaralı halda yaxınlıqdakı rayon xəstəxanalarına yerləşdirilmişdi.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315

Oxşar yazılar