Kürün daşmasının günahkarı İrandır
07 may 2010 13:45 (UTC +04:00)

Kürün daşmasının günahkarı İrandır

Sabirabad və Şirvanda bu gün Kürdə daşqınların baş verməsinin səbəbi işğal altında olan Azərbaycan ərazisindəki “Xudafərin” su anbarından Araz çayına suyun normadan artıq buraxılmasıdır.


APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu barədə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə bildirib. Onun sözlərinə görə, İran tərəfi dünən suyu normadan artıq buraxdığına görə, Araz çayında suyun səviyyəsi kəskin artıb, bu isə Arazda və Kürdə daşqınlara səbəb olub.

Ə. Əhmədzadə hazırda Kürün daşması nəticəsində gərgin vəziyyətin yarandığı Şirvan şəhərinin Bayramlı qəsəbəsində və Sabirabad rayonunda bəndlərin betonla bərkidiləcəyini, əraziyə torpaq töküləcəyini və daşqınların qarşısının alınacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar