Şirvanın Bayramlı qəsəbəsinə vertolyotlar cəlb olunub
07 may 2010 13:00 (UTC +04:00)

Şirvanın Bayramlı qəsəbəsinə vertolyotlar cəlb olunub

Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsini basması ilə əlaqədar ərazidə operativ qərargah yaradılıb.


APA-nın Mil Muğan bürosunun məlumatına görə, əraziyə vertolyotlar cəlb olunub. Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də hadisə yerinə gəlib.


Əhali evakuasiya olunur, təhlükəsizlik tədbirləri görülür. Vəziyyət gərgin olan ərazilərə qayıqlar gətirilir.


Qeyd edək ki, Bayramlı qəsəbəsi ərazisində Kürün səviyyəsi durmadan artır. Çay Sabirabad rayonunun kəndlərinə doğru sürətlə irəliləyir. Kürün Bakı-Horadiz dəmir yolu xəttini basma təhlükəsi yaranıb. Əhali təşviş içindədir. Ərazidə olan bəzi obyektlər tamamilə suyun altındadır. Bayramlı qəsəbəsi əhalisinin bir qismi suyun əhatəsində qalıb. Məlumata görə, onların evakuasiyası üçün yalnız bir yol - Kürün üzərində olan dəmir yolu körpüsü qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 338

Oxşar yazılar