Ağstafa sakinini sel apardı
07 may 2010 10:30 (UTC +04:00)

Ağstafa sakinini sel apardı

Ağstafa rayonu, Yuxarı Göyçəli kənd sakini, 25 yaşlı Kamil Kərimov gecə saatlarında Kür çayına düşüb.


Ağstafa rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hələlik onun nə ölüsü nə də dirisi tapılıb.

Hadisə zamanı Kamil Kərimovun yanında qohumu Elşən Əliyev olub. Əliyevin ifadəsinə görə, onlar çayda əllərini yuyurmuşlar. Kamilin ayağı sürüşərək çaya yıxılıb. Çayda sel güclü olduğundan Əliyev qohumunu xilas edə bilməyib.

Ağstafa rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300

Oxşar yazılar