Dəhşətli qəzada bir ailənin beş üzvü həlak olub
06 may 2010 17:15 (UTC +04:00)

Dəhşətli qəzada bir ailənin beş üzvü həlak olub

Hacıqabulda baş verən qəzada 2 yaşlı uşaq isə ağır xəsarət alıb

Bakı-Qazax yolunun Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə səhər saatlarında qeydə alınıb. Gəncədən Bakıya doğru hərəkət edən sərnişin avtobusunun hələlik markası açıqlanmayan avtomobillə toqquşduğu, nəticədə bir ailənin beş üzvünün həlak olduğu bildirilir. Qəza nəticəsində iki yaşlı uşaq isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar