Araz iki gündür daşıb
05 may 2010 16:30 (UTC +04:00)

Araz iki gündür daşıb

Saatlıda əkin sahələrini basan su adama boy vermir

Araz çayında suyun səviyyəsi iki gündür ki, görünməmiş dərəcədə artıb və çay daşıb. Bu barədə Lent.az-a Saatlı rayonunun Araz çayının qırağında yerləşən Hacıqasımlı kənd sakinlərindən biri məlumat verib. O, bildirib ki, çayın kəndin ərazisindən keçən hissəsində bənd dağılıb.

Sakinin sözlərinə görə, sel artıq onların taxıl zəmilərini məhv edib: “Mənim boyum 170 santimetrdi. Ancaq əkin sahələrindəki su mənə boy vermir. Biz həyət-bacadan da bayıra çıxmırıq”.

Məlumat verən şəxs bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyi və rayon icra hakimiyyətinin nümayəndələri dağılan bəndin bərpası ilə məşğuldurlar.

O əlavə edib ki, qonşuluqda olan Sabirabad rayonunun Qasımbəyli kəndində vəziyyət daha da acınacaqlıdır: “Həmin kəndin sakinləri başqa yerlərə, o cümlədən paytaxt Bakıya köçürlər”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar