Tanışını tüfənglə öldürüb polisə getdi
04 may 2010 17:30 (UTC +04:00)

Tanışını tüfənglə öldürüb polisə getdi

Yevlax rayonunda qətl hadisəsi baş verib. Bu barədə Lent.az-a rayon prokurorluğundan bildirilib.


Belə ki, mayın 3-ü saat 18.30 radələrində 1980-ci il təvəllüdlü Taleh Vəliyev mübahisə zəminində həmyerlisi, 29 yaşlı Vüqar Əliyevi ov tüfəngiylə vuraraq öldürüb. Hadisədən sonra T.Vəliyev Yevlax rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub.


T.Vəliyevlə V.Əliyev tanış imiş, onların çoxdan bəri aralarında mübahisə varmış.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb, istintaq aparılır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344

Oxşar yazılar