16 yaşlı oğlan özünü tövlədə asdı
04 may 2010 17:15 (UTC +04:00)

16 yaşlı oğlan özünü tövlədə asdı

Astara rayonunda intihar hadisəsi baş verib. Bu barədə Lent.az-a rayon prokurorluğundan məlumat bildirilib.


Məlumata görə, rayonun Təngərüd kənd sakini, 1994-cü il təvəllüdlü Rafiq Rəcəbov özünü yaşadığı həyətdə yerləşən tövlədə asaraq intihar edib. Hadisə mayın 3-də saat 20.30-da radələrində baş verib.


R.Rəcəbov natamam orta təhsilli olub. Belə ki, o, 9-cu sinfi bitirdikdən sonra məktəbə getməyib.


Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar