Balakəndə də torpaq sürüşməsi
04 may 2010 10:30 (UTC +04:00)

Balakəndə də torpaq sürüşməsi

Mazımqaray kəndinə gedən yol açılıb, yenə də sürüşmə təhlükəsi var

Mayın 2-də saat 17:00 radələrində dağda baş verən sürüşmə nəticəsində Balakən rayon mərkəzindən Gürcüstanla sərhəddə yerləşən Mazımqaray kəndinə gedən yol bağlanıb.


Lent.az-a rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, görülən tədbirlər nəticəsində təcili yol açılıb, nəqliyyatın hərəkəti bərpa olunub.


Fövqəladə Hallar Komissiyasından bildirilib ki, sürüşmə təhlükəsi qalmaqda davam edir, ərazi nəzarətdə saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439

Oxşar yazılar