Dağüstü parkda aşan avtomobil “Gülüstan” Sarayına çırpıldı
03 may 2010 18:30 (UTC +04:00)

Dağüstü parkda aşan avtomobil “Gülüstan” Sarayına çırpıldı

Bakının Dağüstü park ərazisində ağır yol qəzası baş verib.


Bu barədə APA-ya Səbayel rayon Polis İdarəsindən məlumat verilib. Hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb.


“40 pilləkən”dən “Gülüstan” Sarayı istiqamətində hərəkət edən “Hyundai Santafe” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən “BMW” markalı maşınla toqquşub. Nəticədə “Hyundai” dərəyə yuvarlanaraq “Gülüstan” Sarayının arxasına çırpılıb. Avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Şahbazi Oğuz Faiq oğlu ağır yaralanıb. Zərərçəkən Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar